üzü astarından baha oturmaq

Fr. Le jeu ne vaut pas la chandelle. / the game is not worth the candle (the candles) / Cf. it’s not worth powder and shot игра не стоит свеч (свечей) / овчинка выделки не стоит
üzü ağ olmaq
üzü bu yanadır
OBASTAN VİKİ
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. == Həyatı == Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Baha Səid
Baha Səid (türk. Baha Sait; 1882, Konstantinopol – 1939) — Türkiyə hərbçisi. O, Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı olmuşdur. == Həyatı == Baha Səid Qafqazdan Anadoluya köçmüş qumuq ailəsində anadan olmuşdur.O, bəzi mənbələrə görə 1882-ci ildə Biqada, bəzilərinə görə isə Dağıstanda doğulmuş və 16 yaşında Türkiyəyə gəlmişdir. Baha Səid müharibə zamanı İstanbuldan Anadoluya sursat və döyüşçülərin qaçaqmalçılıq yolu ilə gətirilməsini, müharibəyə qarşı plan və yazışmaların öyrənilərək Ankaraya çatdırılmasını təmin edən Karakol cəmiyyətinin qurucularından biridir. O, həm də ələvilik ilə bağlı araşdırmaları ilə tanınır. Baha Səid Azərbaycanın sovetləşdirilməsində müəyyən rol oynamışdır. Baha Səid 16 oktyabr 1939-cu ildə ürək tutmasından vəfat etmişdir. Mərkəzəfəndi qəbiristanlığında dəfn olunmuşdur.
Dağ Üzü
Dağ Üzü — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dağ Üzü Yardımlı rayonunun Çay Üzü inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Keçmiş adı İlkin Üzü olunmuşdur. İnqilabdan əvvəl burada Üzü adlı bir kənd olmuşdur. Bu kənddən çıxmış ailələr sonralar çay sahilində yeni yaşayış məntəqəsi salmış və onu Çay Üzü adlandırmışdılar. Dağ yamacındakı əvvəlki Üzü kəndi isə Dağ Üzü adını almışdır.
Çay Üzü
Çay Üzü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yardımlı rayonunun mərkəzindən təxminən 5 km cənub-qərbdə, Viləş çayının sahilində yerləşir. Çay Üzü kəndi Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Viləş çayının sahilində, Talış dağlarının ətəyindədir. Toponim çay və Üzü (kənd adı) komponentlərindən düzəlib, "çay qırağındakı Üzü kəndi" deməkdir.
Göy üzü
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Hüriyə Öniz Baha
Hüriye Öniz Baha (1887, Konstantinopol – 2 noyabr 1950, İstanbul) ― türk pedaqoq, yazıçı və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Diyarbəkir seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Baha Türkiyənin cümhuriyyət dövrü uşaq ədəbiyyatının ilk orijinal nümunələrindən olan Köprüaltı uşaqları adlı uşaq romanının müəllifidir. == Erkən həyatı == Hüriye Baha 1887-ci ildə İstanbulda anadan olub. Atası Bahəddin bəy, anası Ayşə xanımdır. İbtidai və orta təhsilini Leyli sənaye məktəbində başa vurduqdan sonra özəl təhsil almışdır. O, bir müddət Bursa Amerikan Qız Kollecində türk dili müəllimi işlədikdən sonra London Universitetinin qadın şöbəsi olan Bedford Kollecində pedaqogika təhsili alıb. Hayrəttin bəylə evlənmiş və bir uşağı olmuşdur. İngilis və yunan dillərini bilirdi. == Pedaqoloji fəaliyyəti == O , İstanbul qız müəllim məktəbində və İstanbul İnas liseyində dərs keçib, Balkan müharibəsindən sonra mühacirlər üçün açılmış kurslarda mühazirə oxumuş, müxtəlif xeyriyyə işlərində iştirak etmiş, Hilal-i Ahmer cəmiyyətinin açdığı kursa gedərək könüllü xəstə baxıcısı olmuşdur.
Üzü küləyə (film, 1977)
Üzü küləyə — 1977-ci ildə çəkilmiş Azərbaycan filmi. Film çoxplanlıdır. Burada dənizin çirklənməsi, Xəzərin balıq problemi və bir də quşların dövlət tərəfindən qorunması məsələlərinə toxunulmuşdur. Filmdə müasirlərimizin xarakterlərindən, onların mənəvi kamilliyindən, bir-birilərinə münasibətlərindən də söz açılır. Filmin qəhrəmanları gənclərdir. Onları inkişafımızın sabahı və gələcəyi düşündürür. İstər insanlara, istərsə də təbii sərvətlərə qayğı ilə yanaşan bu gənclər xalq malını dağıdanlara qarşı barışmazdırlar. Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi : Oqtay Orucov Quruluşçu rejissor : Əbdül Mahmudov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Fikrət Əhədov Bəstəkar : Aqşin Əlizadə Səs operatoru : Vladimir Savin Montaj edən : Gülşən Səlimova Rejissor : Rafiq Yüzbaşov Operator : Amin Novruzov Adil İsgəndərov-Fərman Elxan Əhədzadə-Ramiz Tanilə Əhmərova-Nərgiz Muxtar Maniyev-Əbülfəz Əli Zeynalov-Əhməd dayı Kamal Xudaverdiyev-İlyas Məmmədov Həsən Məmmədov-Əlibala Zemfira Sadıqova-Nazlı xanım Kamil Məhərrəmov Zilli Namazov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Astarı üzündən baha (film, 1986)
Qara Qızılın Qara Üzü (1990)
Transformerlər 3: Ayın Qaranlıq Üzü
Transformerlər 3: Ayın Qaranlıq Tərəfi (ing. Transformers: Dark of the Moon) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Maykl Beyin rejissorluq etdiyi filmin baş rollarında Şaya LaBaf və Rouzi Hantinqton-Uaytli çəkilmişlər. Transformerlər: Məğlubların qisası filmin davamı. 1961-ci ildə avtobotlar və deseptikonlar arasındakı müharibəni bitirə biləcək bir kəşf daşıyan Saybetron kosmik gəmisi Ark vurularaq Ayın qaranlıq üzünə çırpılır. Qəza NASA tərəfindən aşkarlanır və ABŞ prezidenti Kenedi kosmik gəmini tədqiq etmək üçün Aya insan göndərmək təklifini qəbul edir. 1969-cu ildə Apollo-11 Aya enir və heyət Arkı araşdırmağa başlayır. Prezident Riçard Nikson bu tapşırığın detallarının gizli saxlanılması əmrini verir. Misir Müharibəsindən 3 il sonra Avtobotlar ABŞ ordusuna dünya miqyasında böyük toqquşmaları qabaqlamaq üçün kömək edir. Şühbəli yadplanetli texnologiyasını araşdırmaq üçün Ukraynanın Çernobil əyalətindəki bir əməliyyatda Deseptikon alim Şokveyv və nəhəng soxulcan robotu Driller tərəfindən hücuma məruz qalırlar.
Qara qızılın qara üzü (film, 1990)